...

Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir - Spiker

Siyasət Materials 11 Oktyabr 2024 14:38 (UTC +04:00)
Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir - Spiker
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir. Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Spiker bildirib ki, dövlətlərarası münasibətlərimiz məhz bu möhkəm təməl üzərində qurulub. O, bu münasibətlərin yaranmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun xüsusi rolunu qeyd edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyədək ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində fəal və ardıcıl qarşılıqlı fəaliyyət mövcuddur. Spiker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon arasında şəxsi dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına mühüm töhfələrini xüsusilə qeyd edərək, ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində fəal dialoq və müntəzəm görüşlərin keçirildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti