...

Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti iclası tezliklə Tehranda keçiriləcək

Siyasət Materials 16 Oktyabr 2024 15:01 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında hökumətlərası iqtisadi komissiyanın 16-cı iclasının ən qısa zamanda Tehranda təşkil olunacaq.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bu gün (15 oktyabr) Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.

O qeyd edib ki, İran Azərbaycanla illik tranziti 15 milyon tona çatdırmaq üçün yol xəritəsinin hazırlanmasını istəyir.

Nazirin sözlərinə görə, iki ölkə arasında nəqliyyat və lojisti sahələrində, eləcə də infrastruktur layihələrdə əməkdaşlıq davam edir.

“İki ölkə arasında avtomobil yolları üzrə mövcud sərhəd potensialları nəzərə alaraq İran gündəlik Astara sərhədindən 1 min yük maşınının, Biləsuvar sərhədindən 800, Culfa sərhədindən 700 və Poldəşt sərhədindən 600 yük maşınının keçməsini təklif edir”, - deyə o qeyd edib.

Sadiq əlavə edib ki, iki ölkənin nəqliyyat sahəsində infrastrukturlarının inkişaf etməsi ilə yanaşı nəqliyyat prosesin sürətlənməsi məqsədilə əməkdaşlıq üzrə əhatəli sazişin imzalanması zəruri görünür.

Bununla əlaqədar gələn 1 ay ərzində hazırlıq iclasları təşkil oluna və saziş hazırlana bilər. Eyni zamanda liman və dənizçilik əməkdaşlığının inkişafı üzrə gələn bir ay ərzində əməkdaşlıq sazişinin ilkin mətninin yekunlaşdırılması məqsədilə müştərək ekspert iclası təşkil oluna bilər.

İranlı nazir qeyd edib ki, İran iki ölkə arasında hökumətlərarası iqtisadi komissiyanın 16-cı iclasının ən qısa zamanda Tehranda təşkil olunması və əməkdaşlığın bütün sahələrinin diqqət mərkəzində saxlanılmasına hazırdır.

Sadiq deyib ki, İran Şimal-Cənub Beynəlxalq Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi istiqamətində addım atır. Bu dəmiryolu sözügedən dəhliz çərçivəsində tranzit üçün dönüş nöqtəsi hesab olunur. Bu dəmiryolu ilə əlaqədar infrastrukturların inkişaf etdirilməsində Azərbaycanın iştirakı böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti