Kazan. Trend:
Rusiya Federasiyasının Tatarıstan Respublikası Rəisi Rüstəm Minnixanovun Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dostluq" ordeni ilə təltif olunub.
Trend xəbər verir ki, Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oktyabrın 23-də baş tutan görüşdə oxunub.