Bakı. Trend:
Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 9-da Azərbaycana gəlib.
Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tanzaniyadan gələn qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Tanzaniyanın xarici işlər nazirinin müavini Kosato David Çumi və digər rəsmi nümayəndələr qarşılayıblar.
Hava limanında hər iki ölkənin dövlət bayraqları dalğalanıb.