...

İran, Azərbaycan və Rusiya arasında nəqliyyat üzrə iclas keçiriləcək

Siyasət Materials 22 Yanvar 2025 22:48 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 28-də Moskvada İran ,Azərbaycan və Rusiya arasında nəqliyyat üzrə nazirlər səviyyəsində iclas keçiriləcək.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasının yekunlarına dair anlaşma sənədinin imzalanması ilə əlaqədar tədbirdə deyib.

Onun sözlərinə görə, iclasda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit fəaliyyətlərinin artırılması istiqamətində uyğun mexanizmin əldə olunmasına səy göstəriləcək.

F.Sadiq bildirib ki, İran, Azərbaycan və Rusiya bu dəhlizlə ildə 15 milyon ton yükün daşınması hədəfinə nail olmağa çalışırlar.

Qeyd edək ki, 21 və 22 yanvarda Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İki ölkə arasında iclasın yekinlarına dair əməkdaşlıq sənədi imzalanıb.

Xəbər lenti

Xəbər lenti