...

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Siyasət Materials 17 Mart 2025 16:18 (UTC +04:00)
Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Zəfər parkına gələn Bosniya və Herseqovina nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlarda qazanılan qələbələrdən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar, azad edilmiş ərazilərimizdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində əməliyyat şəraiti barədə həmkarını məlumatlandırıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab Z.Helez göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrimizin genişlənməsinə təkan verdiyini qeyd edərək səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin birgə fəaliyyətlərin həyata keçirilməsi məqsədilə mütəxəssislərdən ibarət işçi qrupun yaradılmasının vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Bosniya və Hersoqovinanın "Sülh Naminə Tərəfdaşlıq" proqramı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində müsbət əməkdaşlıq təcrübəsinin olduğu və hər iki ölkənin hərbi qulluqçularının beynəlxalq təlimlərdə uğurla iştirakı xüsusi qeyd edilib.

Görüşün sonunda ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə olunub, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti