Bakı. Trend:
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın maliyyələşdirmə mexanizmləri açıqlanıb.
Trend xəbər verir ki, sənədə əsasən, strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında qeyd olunan tədbirlərin maliyyələşdirilməsi büdcə təşkilatları tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına, habelə dövlət–özəl tərəfdaşlığı layihələri vasitəsilə təmin olunur.