...

Türkiyədə 4-cü Antalya Diplomatiya Forumu keçirilir

Siyasət Materials 11 Aprel 2025 10:35 (UTC +04:00)
Türkiyədə 4-cü Antalya Diplomatiya Forumu keçirilir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Antalyada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın himayəsi altında, Türkiyənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə 4-cü Antalya Diplomatiya Forumu (ADF 2025) keçirilir.

Trend xəbər verir ki, aprelin 13-ə qədər davam edəcək forum “Parçalanmış dünyada diplomatiyanın bərpası” şüarı altında keçirilir.

Beynəlxalq tədbirə dünya liderləri, siyasətçilər, alimlər, biznes sektorunun ekspertləri, KİV və vətəndaş cəmiyyəti nümayəndələri toplaşıb. Onlar qlobal parçalanma şəraitində birgə addımlar üçün kəsişmə nöqtələrinin tapılmasında və hadisələrin gedişatının dəyişməsində diplomatiyanın oynadığı rolu müzakirə edəcəklər.

Forum artan qütbləşmə şəraitində diplomatiyanın rolunu və əsas prinsiplərini yenidən dəyərləndirmək məqsədilə dialoqu təşviq etməyə yönəlib. Forum iştirakçıları mövcud qeyri-sabit proseslərə diplomatiyanın necə yön verə biləcəyini, münaqişələrin həlli üçün innovativ alətləri, vasitəçilik strategiyalarını və regional əməkdaşlıq mexanizmlərini müzakirə edirlər.

Daha səmərəli və vahid beynəlxalq sistemin yaradılmasına dəstək məqsədilə forum iştirakçıları qlobal idarəçilik böhranının həlli yollarını, o cümlədən, beynəlxalq təşkilatların disfunksiyası və onlara olan etibarın itirilməsi problemlərini nəzərdən keçirirlər.

Forum diplomatiyanın sülh və əməkdaşlığın hərəkətverici qüvvəsinə çevrilməsinə yönəlmiş birgə strategiyaların hazırlanması üçün platformadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti