Antalya. Trend:
Antalya Diplomatik Forumu siyasi və diplomatik məsələlərin müzakirəsi üçün əsas beynəlxalq platformalardan biri kimi əhəmiyyətini sübut etməkdə davam edir.
Bunu 4-cü Antalya Diplomatik Forumu çərçvisədinə Trend-ə açıqlamasında "TASS"ın baş direktorunun müavini Mixail Qusman bildirib.
"Bu, mənim fikrimcə, müasir dünyada ən mühüm siyasi və diplomatik forumlardan biridir", - deyə o vurğulayıb. "Bu gün burada çox güclü, maraqlı, dərin məzmunlu çıxış edən, əlbəttə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın burada oynadığı çox mühüm roldan danışmaq lazımdır", - o bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakına xüsusi diqqət yetirib: "Bu, Azərbaycanın Türkiyə ilə yaxın dostluq və həqiqətən qardaşlıq əməkdaşlığının daha bir sübutudur".
Onun sözlərinə görə, qlobal çağırışlar, o cümlədən Cənubi Qafqaz, Yaxın Şərq, Avropa və Afrikadakı münaqişələr kontekstində "mövqelərin birləşdirilməsi və bir-birini başa düşməsi" mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan və Rusiyanın çox yaxın münasibətləri var. Türkiyə ilə Azərbaycanın daha da sıx əlaqələri var" - deyən M.Qusman 44 günlük müharibədə Türkiyənin Azərbaycanla həmrəy olduğunu xatırladıb.
“Sülh sazişinin imzalandığı ölkənin əsas qanunvericilik sənədində müəyyən ərazi iddialarını nəzərdə tutan mövqe olduğu halda sülh sazişinin imzalanması qeyri-mümkündür”, - deyən M.Qusman bu cür müddəaların "saatlı bomba"ya çevrilə biləcəyini vurğulayıb.
O həmçinin Prezident İlham Əliyevin Ermənistanla sülhə və etimadın yaradılmasına hazır olduğunu da qeyd edib: "Prezident İlham Əliyev dostluq nümayiş etdirdi və sülh prosesini yekunlaşdırmağa hazır olduğunu nümayiş etdirdi. Amma Ermənistan da bu etimadın inkişafına imkan verəcək addımlar atmalıdır".