...

İspaniya şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdır - Deputatlar Konqresinin sədri

Siyasət Materials 20 May 2025 20:15 (UTC +04:00)
İspaniya şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdır - Deputatlar Konqresinin sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdır.

Trend xəbər verir ki, bunu İspaniya Krallığının Deputatlar Konqresinin sədri Fransina Armenqol Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Söhbət zamanı Deputatlar Konqresinin sədri qeyd edib ki, Azərbaycan-İspaniya əlaqələrinin hazırki vəziyyəti məmnunluq doğurur. O, bundan sonra da parlamentlərin hökumətlər arasında əməkdaşlığı dəstəkləməyə davam edəcəyinə inamını ifadə edib.

Bildirilib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da mühüm əhəmiyyət kəsb edir və bir sıra ispan şirkətləri Azərbaycanda işləməkdə olduqca maraqlıdır. Bu da Azərbaycanın siyasi və coğrafi əhəmiyyətindən irəli gəlir.

Xəbər lenti

Xəbər lenti