...

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığa xüsusi önəm verir – Yalçın Rəfiyev

Siyasət Materials 25 May 2025 23:24 (UTC +04:00)
Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığa xüsusi önəm verir – Yalçın Rəfiyev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Afrika Gününə həsr olunmuş sosial şəbəkə paylaşımında bildirib.

“Afrika insan sivilizasiyasına böyük töhfə vermiş bəşəriyyətin beşiyi, müxtəliflikdə birləşmiş və zəngin irsə malik bir qitədir.

Bu ilki Afrika Günündə biz Afrika xalqlarına sülh və inkişafa əsaslanan davamlı və dayanıqlı gələcək arzulayırıq.

Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını və dostluq əlaqələrini yüksək qiymətləndirir”, – nazir müavini paylaşımında qeyd edib.

Xəbər lenti

Xəbər lenti