...

Prezident İlham Əliyev: Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir

Siyasət Materials 19 İyul 2025 18:42 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Xankəndi. Trend:

Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib ki, genişlənmə üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. “Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər”, - deyə Prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti