Bakı. Trend:
"Euronews" televiziya kanalı III Şuşa Qlobal Media Forumu ilə bağlı reportaj hazırlayıb.
Trend xəbər verir ki, reportajda qeyd olunur ki, Şuşada 52 ölkənin təmsil olunduğu media forumunda süni intellektin jurnalistikaya təsirindən danışılıb, etika, media savadlılığı və qlobal əməkdaşlığın vacibliyinə diqqət yetirilib.
"III Şuşa Qlobal Media Forumu süni intellektin jurnalistikaya artan təsirini müzakirə etmək üçün 52 ölkədən 140-dan çox nümayəndəni bir araya toplayıb. Müzakirələr zamanı dezinformasiya, süni intellektin məsuliyyətli inkişafı və bütün dünyada media savadlılığının artırılması zərurəti kimi məsələlərə toxunulub.
Aparıcı xəbər agentliklərindən, texnologiya şirkətlərindən və akademik institutlardan olan natiqlər bugünkü sürətlə dəyişən informasiya mühitində davamlılığı gücləndirmək üçün daha sıx beynəlxalq əməkdaşlığa çağırıblar.
Ev sahibi olan Azərbaycan üçün bu forum, həmçinin qlobal narativləin formalaşmasında regionun artan rolunu, həmçinin süni intellektə uyğunlaşma və media bütövlüyünü gücləndirmək öhdəliyini nümayiş etdirdi", - deyə reportajda bildirilib.