...

"Tramp Marşrutu" üzrə tikinti işlərinə 2026-cı ildə başlanılacaq - Ermənistan XİN

Siyasət Materials 25 Dekabr 2025 10:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasının praktik mərhələsi, o cümlədən tikinti işlərinə başlanılması 2026-cı ilə planlaşdırılır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan XİN bildirib ki, Ermənistan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin hüquqi bazasının və tənzimləmə mexanizmlərinin formalaşdırılması istiqamətində amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparır.

Yerevanda “Tramp Marşrutu” hökumətin “Sülh kəsişməsi” təşəbbüsünün tərkib hissəsi kimi nəzərdən keçirilir. XİN-dən vurğulanıb ki, layihə regionda qarşılıqlı əlaqəliliyin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqinə tam uyğundur. Bu proqramlara Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ( Orta Dəhliz), həmçinin “Fars körfəzi — Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti