...

Prezident İlham Əliyevin Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşü olub (FOTO/VİDEO)

Siyasət Materials 19 Yanvar 2026 20:20 (UTC +04:00)
Prezident İlham Əliyevin Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşü olub (FOTO/VİDEO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Davos. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.

Trend xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edildi. Bu xüsusda, COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulandı.

Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti