...

BMT Azərbaycan üzrə müvəqqəti rezident əlaqələndirici təyin etdi

Siyasət Materials 21 Yanvar 2026 12:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT İqor Qarafuliçi təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib.

Trend bu barədə BMT-nin UN In Action səhifəsinin Azərbaycanla bağlı bölməsinə istinadən xəbər verir.

İqor Qarafuliç əslən çilili iqtisadçı, adakemikdir. Evlidir, 2 övladı var. İspan dili ilə yanaşı, ingilis, isveç və portuqal dillərində sərbəst danışır. 2019-cu ildə BMT-nin Peruda rezident əlaqələndiricisi təyin olunmuşdu.

Xatırladaq ki, BMT-nin Azərbaycandakı keçmiş rezident əlaqələndiricisi Vladanka Andreyeva ölkədəki missiyasını yanvarın 8-də başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti