...

İran və Azərbaycan arasında kommunikasiyalar genişlənir

Siyasət Materials 23 Yanvar 2026 19:05 (UTC +04:00)
İran və Azərbaycan arasında kommunikasiyalar genişlənir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

30 il bundan öncə biz azərbaycanlı qardaşlarımız üçün Araz dəhlizini yaratmışdıq.

Trend xəbər verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.

O qeyd edib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüklərinə hörmətlə yanaşırıq.

"Azərbaycan rəsmiləri hər zaman bizdən Araz dəhlizi barəsində soruşurlar. Biz oradakı avtomobil yolunu genişləndirərək dörd zolaqlı edəcik. Ümid edirik ki, Kəlalə Ağbənd dəmir yolunun mart ayında açılışını edəcəyik və bu kommunikasiyalar iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək", - İran rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti