...

Ötən il İsraildən Azərbaycana təxminən 60 min turist səfər edib - Gideon Saar

Siyasət Materials 26 Yanvar 2026 13:39 (UTC +04:00)
Ötən il İsraildən Azərbaycana təxminən 60 min turist səfər edib - Gideon Saar
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə İsraildən Azərbaycana təxminən 60 min turist səfər edib.

Trend xəbər verir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bu gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

O, 2026-cı ildə bu göstəricinin artmağa davam edəcəyinə əminliyini ifadə edib.

İsrailin xarici işlər naziri, həmçinin Azərbaycanda özünü rahat hiss edən və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan böyük yəhudi icmasının yaşadığını xatırladıb.

“Azərbaycan və İsrail uzun illərdir ki, xüsusilə iqtisadi sahədə əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Bu isə ikitərəfli əlaqələrin möhkəmlənməsinə və turizm axınının artmasına töhfə verir”, – deyə G. Saar qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti