...

AZƏRBAYCANDA IFES-NİN NÖVBƏTİ SOSİOLOJİ SORĞUSU KEÇİRİLİR

Siyasət Materials 6 İyul 2005 17:36 (UTC +04:00)

IFES Beynəlxalq seçki sistemləri fondunun Bakı nümayəndəliyi Azərbaycanın qeyri-hökumət təşkilatlarından (QHT) birinə ölkədə sosioloji sorğu keçirməyi tapşırıb. Trend agentliyi bildirir ki, bu barədə IFES-nin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru İnarə Cahangirova bildirib.

IFES nümayəndəsinin sözlərinə görə, sosioloji sorğu artıq Azərbaycanın bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılır, ilk nəticələr isə sentyabrın sonunda məlum olacaq.

Sorğu vərəqələrinə, xüsusilə Azərbaycanda keçiriləcək parlament seçkilərinə, ölkənin bu və ya digər siyasi partiyasının tanınması, respublika vətəndaşlarının iqtisadi və sosial vəziyyətinə aid olan məsələlər daxil edilib.

"Hazırkı sorğunun yekunlarının açıqlanması məsələsinə dair qəti qərar hələlik yoxdur"- deyə İ. Cahangirova bildirib və xatırladıb ki, ötən ildə keçirilən sosial sorğunun nəticələri rəsmən elan edildi və orada Azərbaycanın müxtəlif regionlarından tolan 1 600-dən çox respondent iştirak etmişdi.

Eyni zamanda IFES-də sorğunu keçirən Azərbaycan QHT-nin adının açıqlanmamasına üstünlük verilib və bildirilib ki, "həmin təşkilatın sosial sorğuların aparılması sahəsində böyük təcrübəsi vardır və özünü obyektiv və etibarlı tərəfdaş kimi təqdim edib".

İ. Cahangirova qeyd edib ki, həmin təşkilat artıq üçüncü ildir ki, ardıcıl olaraq IFES üçün sosial sorğu keçirir.O, bildirib ki, Azərbaycanın regionlarında sorğu başa çatdıqdan sonra IFES-nin fokus-qrupları yönəldiləcək və sorğunun daxili monitorinqini keçirəcək.

Xəbər lenti

Xəbər lenti