...

DAB SENTYABRDA KÜTLƏVİ AKSİYALAR KEÇİRMƏYİ PLANLAŞDIRIR

Siyasət Materials 11 İyul 2005 18:57 (UTC +04:00)

Demokratik Azərbaycan Bloku (DAB) bu il noyabrda keçiriləcək parlament seçkisində 60-dan çox namizəd irəli sürəcək. Bu barədə Trend ə DAB-da təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı məlumat verib.

Onun sözlərinə görə, iyulun ortalarınadək bütün namizədlərin və onların seçki dairələrinin müəyyən olunması prosesi başa çatacaq. Seçki dairələri üzrə namizədlərin razılaşdırılması üzərində iş davam edir. DAB-ın qeydiyyat sənədləri hazırlanıb və yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.

S.Rüstəmxanlı onu da bildirib ki, sentyabr ayında DAB kütləvi aksiyalara başlayacaq. Bundan əvvəl isə blokda təmsil olunan partiyalar müxalifətin 23 iyulda keçiriləcək birgə yürüş-mitinqində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti