Demokratik İslahatlar Partiyası (DİP) parlament seçkisində iştirak edəcək namizədlərinin siyahısını təsdiqləyib. Bu barədə Trend ə partiyadan məlumat verilib. Avqustun 24-də DİP-in Siyasi Şurasının iclası keçirilib, ölkədəki ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Namizədlərin seçki kampaniyalarının təşkilinə dair fikir mübadiləsi aparılıb.
Siyasi Şura parlament seçkisində iştirak edəcək namizədlərinin, həmçinin ayrı-ayrı seçki dairələri üzrə müdafiə edəcəyi namizədlərin yekun siyahısını təsdiqləyib. Qərara alınıb ki, yaxın günlərdə DİP-in parlament seçkisində irəli sürdüyü və dəstəklədiyi namizədlərin təqdimat mərasimi keçirilsin.