...

ASİM MOLLAZADƏ: PULSUZ EFİR VAXTININ YALNIZ İKİ PARTİYA VƏ İKİ BLOKA AYRILMASI ƏDALƏTSİZ QƏRARDIR

Siyasət Materials 16 Sentyabr 2005 18:26 (UTC +04:00)

"Parlament seçkisində pulsuz efir vaxtından istifadə olunması imkanının yalnız 4 partiya və bloka aid edilməsi düzgün qərar deyil". Trend in məlumatına görə, bu fikirləri Demokratik İslahatlar Partiyasının (DİP) sədri, 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd olan Asim Mollazadə bildirib.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq parlament seçkisində 60-dan çox dairədə namizədləri qeydə alınan partiya və seçki blokları pulsuz efir vaxtından istifadə imkanı qazanıb.

Asim Mollazadə hesab edir ki, telekanallarda pulsuz təbilğatlarını aparan partiyalar bu imkanı yerdə qalan digər namizədlərin hesabına qazanıblar: "Bu seçki partiyaların deyil, namizədlərin yarışıdır.

Ona görə də cəmi 2 partiya və 2 bloka bu hüququn verilməsi ədalətsiz qərardır və seçki prinsiplərinə uyğun gəlmir. Amma efirdə təbliğat imkanlarının bizə aid edilməməsi heç də bizi qorxurtmur"-deyə A.Mollazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti