Sentyabrın 24-25-də isə Litvada NATO-nun Parlament Assambleyasının tədbiri keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirdə Assambleya Belorusla bağlı məsələnin müzakirəyə çıxaracaq. Azərbaycanı bu tədbirdə millət vəkili Asim Mollazadə təmsil edəcək. Millət vəkilinin tədbirdə çıxışı da gözlənilir. Tədbirdə Avropa Birliyi, NATO PA və ATƏT-in nümayəndələri də iştirak edəcəklər.
Sentyabrın 26-da Milli Məclisin nümayəndə heyəti GUAM-ın Moldovanan paytaxtı Kişinyov şəhərində kesiriləcək tədbirində iştirak edəcək" 4 gün davam edəcək tədbirdə GUAM ölkələri arasında əlaqələrin genişləndirilməsi, parlamentlərinin modern qanunlarının uyğunlaşdırılması və s. kimi məsələlər müzakirə olunacaq. Azərbaycan nümayəndə heyətinin tərkibinə millət vəkilləri Elton Məmmədov, Elman Məmmədov və Cahangir Hüseynov daxildir. Tədbir sentyabrən 29-da başa çatacaq.