...

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASI OKTYABRIN 13-Ə PLANLAŞDIRDIĞI MİTİNQİ TƏXİRƏ SALIB

Siyasət Materials 12 Oktyabr 2005 16:31 (UTC +04:00)

"Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında oktyabrın 13-ə planlaşdırdığı mitinqini təxirə salıb" Trend xəbər verir ki, bu barədə qərar oktyabrın 12-də ALDP-nin Sədr Aparatının keçirdiyi iclasında qəbul edilib.

Partiyanın sədri Fuad Əliyev iclasda çıxış edərək bildirib ki, MSK qarşısında planlaşdırılan mitinqə icazə almaq üçün Bakı meriyasına ünvanlanan məktuba cavab gəlib: "Bakı meri Hacıbala Abutalıbov ona ünvanlanan partiyanın məktubunun bir nüsxəsini MSK-ya, digərini isə bizə göndərib. Məktubda xahiş olunub ki, MSK partiyanı narahat edən məsələni araşdırdırmalıdır. Ehtiyac olarsa mitinqə icazə verilə bilər".

F.Əliyev iclas iştirakçılarına bildirib ki, mitinqin keçirilməsinə səbəblər MSK tərəfindən araşdırılmasa partiyanın mitinq keçirməklə bağlı qərarı yenidən qüvvədə qalacaq.

Qeyd edək ki, ALDP sədri namizədi olduğu seçki dairəsində bir sıra qanun pozuntulura ilə bağlı MSK qarşısında mitinq keçirməyi planlaşdırmışdı.

Xəbər lenti

Xəbər lenti