...

Azərbaycan Sosial Demokrat Partiyası "Azadlıq" bloku ilə əməkdaşlıq etmək istəmir

Siyasət Materials 2 Noyabr 2005 15:49 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) şəxsən "Azadlıq" seçki bloku ilə əməkdaşlıq etmək fikri olmayıb və bundan sonra da olmayacaq". Bu barədə Trend agentliyinə ASDP-nin katibi Tofiq Əhmədov bildirib.

Qeyd edək ki, "Azadlıq" seçki bloku ilə "Yeni Siyasət" bloku arasında əməkdaşlıq sazişinin baş tutmasına Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva ilə ASDP həmsədri Ayaz Mütəllibovun eyni seçki dairəsində təmsil olunmaları əsas gətirilib.

Məsələ ilə bağlı T.Əhmədov bildirib ki, Lalə Şövkətin adını Ayaz Mütəllibovun adı ilə yanaşı çəkmək olmaz: "Onun adı yalnız Rəsul Quliyevin yanında çəkilə bilər. Onlar öz müttəfiqlərini yaxşı tapıblar. Bizim isə "Azadlıq" bloku ilə bir yerdə mübarizə aparmağımız qeyri-mümkündür".

Xəbər lenti

Xəbər lenti