...

Seçkilərin demokratik keçirilməsi ilə bağlı bəyanatı imzalayanların sayı 800-ə çatıb

Siyasət Materials 24 Noyabr 2005 14:33 (UTC +04:00)

"2005-ci il 6 noyabr parlament seçkilərinin şəffaf və demokratik keçirilməsi ilə bağlı bəyanatı 800 müstəqil namizəd imzalayıb". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayev onu da vurğulayıb ki, bəyanata imza atanların əksəriyyətini bitərəflər təşkil edir. O da qeyd olunub ki, müxalifətdən olan namizədlər də bu sənədə imza atıblar: "Ümid, Liberal, Xalq Cəbhəsi, Müsavat, Vətəndaş Həmrəyliyi, Vətəndaş Birliyi, Kommunist və digər partiyalardan olan namizədlər də seçkilərin şəffaf keçirildiyi qənaəti ilə bəyanatı imzalayıblar".

Qeyd edək ki, bu proses YAP-ın təşəbbüsü ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti