...

İlham Əliyev Azərbaycanın həmkarlar ittifaqlarının üzvlərinə təbrik məktubu göndərib

Siyasət Materials 25 Noyabr 2005 18:53 (UTC +04:00)

Noyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda ilk həmkarlar ittifaqının təşkilinin 100-cü və həmkarlar ittifaqlarının mərkəzi orqanının yaradılmasının 85-ci ildöünmü münasibətilə təbrik məktubu göndərib. Trend in məlumatına görə, məktubda bildirilir ki, Sovet hakimiyyəti illərində həmkarlar ittifaqları ölkənin sosial-ideoloji və idarəetmə sisteminin hissəsi rolunda çıxış edirdi. Nəticədə bütün maarifləndirmə və tikinti işləri həmkarlar ittifaqlarının fəal iştirakı ilə keçirilirdi.

"Eks-prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra həmkarlar ittifaqlarını siyasi qüvvələrin təsirindən xilas etdi və onların maddi bazasının dağılmasının qarşısını aldı. Elə həmin il Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası yaradıldı, 1994-cü ildə isə "Həmkarlar İttifaqları barədə"qanun qəbul edildi. Bu qanunun sayəsində Konfederasiyanın müstəqilliyi qorunub saxlanıldı.

Məmnuniyyətlə qeyd edə bilərəm ki, bu gün Azərbaycanın həmkarlar ittifaqları beynəlxalq təşkilatlarla sıx əlaqələr qurublar. Həmkarlar ittifaqlarının müstəqil Azərbaycan Respublikasının ayrılmaz hissəsidir, vətəndaşların sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək əmək sahəsində vətəndaşların hüquqlarını cəsarətlə müdafiə edəcəyinə səmimi-qəlbdən inanıram.

Xəbər lenti

Xəbər lenti