...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 28 Noyabr 2005 13:41 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə, noyabrın 21-25-də Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) növündən olan neftin bir bareli $49,24 təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (noyabrın 14-18) olan orta qiymətdən bir barel üçün $0,74 və ya 1,01% çoxdur.

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin maksimal qiyməti $49,93 (noyabrın 23-də) təşkil edib ki, bu da noyabrın 14-18-də bu neft növünə olan, noyabrın 15-də müəyyən edilmiş ən son hədd qiymətdən $0,24 çoxdur. Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $48,40 (21 noyabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün noyabrın 18-də təyin edilmiş qiymətdən $0,91 çoxdur.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $53,51 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $3,82 və ya 1,07% çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $54,04 (22 noyabr) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sortüçün müəyyən edilən son hədd qiymətdən $0,24 azdır. Ötən həftə Brent neftinin bir barelinin maksimal qiyməti $53,07 (21 noyabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün noyabrın 18-də müəyyən edilmiş qiymətdən çto na $0,47 çoxdur.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $4,27 ucuz satılıb ki, bu da 14-18 noyabr orta göstəricisindən $0,85 azdır.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir..

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton URAL nefti satıb ki, bu da 2003-cü ildəkindən 77,1 min ton çoxdur. Bakı-Novorossiysk boru kəməri ilə bir ton neftin nəql olunmasının qiyməti $15,67 təşkil edir.

Ötən həftə ARDNŞ dekabrda Novorossiysk limanından FOB bazisli 170 min ton neftin satışı üzrə tender elan edib. Tenderin bağlanması noyabrın 30-na nəzərdə tutulub. Neftin hər birində 85 min ton olmaqla ikitanker partiyasını dekabrın 24-25-də və 30-31-də yola salınacağı gözlənilir. Bu partiyalardan biri "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan gəlirli neftdən, digəri isə Dövlət Neft Şirkətinin mütəmadi partiyasından ibarətdir. Gəlirli neftin satışından əldə olunan gəlir Dövlət Neft Fondunun hesabına keçiriləcək.

Xəbər lenti

Xəbər lenti