...

Sabir Hacıyev: "Parlamentdə fraksiya yaratmaq təşəbbüsünü hüquqi cəhətdən zəruri hesab etmirəm"

Siyasət Materials 15 Dekabr 2005 16:29 (UTC +04:00)

"Müxalifətçi millət vəkillərinin parlamentdə fraksiya yaratmaq təşəbbüsünü hüquqi cəhətdən zəruri hesab etmirəm". Bu barədə Trend ə Vətəndaş Birliyi Partiyasının (VBH) sədri, millət vəkili Sabir Hacıyev bildirib.

S.Hacıyev qeyd edib ki, Azərbaycan idarəetmə formasına görə Türkiyə və Almaniyadan fərqli olaraq parlament respublikası deyil, prezident respublikasıdır: "Mənə elə gəlir ki, müxalifətdən olan millət vəkillərinin ayrıca farksiya yaratmaq istəkləri bizim parlamentdə heç nəyi dəyişdirməyəcək. Çünki bütün millət vəkilləri xalq və dövlətin mənafeyi üçün qanunlar qəbul etməlidir. Bu qanunlar hər hansı bir siyasi qüvvənin mənafeyinə xidmət etməyəcək ki, buna qarşı çıxmaq üçün fraksiya formalaşmalıdır".

VBP sədri onu da vurğulayıb ki, hələlik məlum məsələ ilə bağlı ona müracitə olunmayıb: "Əgər olunarsa partiya olaraq fikrimizi bildirəcəyik".

Xəbər lenti

Xəbər lenti