...

İslam Partiyası seçkilərə görə qurultayını keçirə bilməyib

Siyasət Materials 16 Dekabr 2005 12:49 (UTC +04:00)

"Azərbaycan İslam Partiyası (AİP) fəaliyyətini parlament seçkilərinə yönəltdiyindən növbəti qurultayını keçirə bilmədi". Bu barədə Trend ə adıçəkilən partiyanın sədr müavini Rövşən Əhmədli bildirib.

AİP sədrinin müavini onu da vurğulayıb ki, partiyanın növbəti qurultayı 2005-ci ilin avqustunda keçirilməli idi: "Parlament seçkilərinə hazırlıq qurultayı təxirə salıb. Ancaq nizamnaməyə uyğun olaraq qurultay məsələsi gündəmdədir".

R.Əhmədli dekabrın sonlarında partiyanın Baş Məclisinin planlaşdırdığı toplantısında digər məsələlərlə yanaşı AİP-in qurultayının keçirilməsinin də müzakirə olunacağını istisna etməyib: "Ola da bilsin ki, bu məsələnin müzakirəsi Baş Məclisin növbəti toplantısına saxlanılsın. Ancaq bütün bunlara baxmayaraq qurultayımızı keçirməliyik".

Xəbər lenti

Xəbər lenti