...

Azərbaycanın Müdafiə Sənayesi nazirliyi yaradılıb

Siyasət Materials 16 Dekabr 2005 21:02 (UTC +04:00)
Azərbaycanın Müdafiə Sənayesi nazirliyi yaradılıb

Trend in xəbər verdiyi kimi, dekabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xüsusi Maşınqayırma və Konversiya Dövlət Komitəsi ləğv edilir və onun bazasında nazirlik yaradılır.

Bununla əlaqədar Nazirlər Kabinetinə bir ay ərzində nazirliyin nizamnamə layihəsini, strukturunu, xərclər smetasını və işçilərin şatatını hazırlayaraq prezidentə təqdim etmək tapşırılır.

Sərəncam imzalandığı andan qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti