...

Pyotr Burdıkin: "Azərbaycanda Rusiya ilinin açılışı 2006-cı ilin fevral ayına planlaşdırılıb"

Siyasət Materials 9 Yanvar 2006 13:21 (UTC +04:00)
Pyotr Burdıkin: "Azərbaycanda Rusiya ilinin açılışı 2006-cı ilin fevral ayına planlaşdırılıb"

"Azərbaycanda Rusiya ilinin açılışı 2006-cı ilin fevral ayına planlaşdırılıb, ilin açılış mərasimində isə Rusiya prezidenti Vladimir Putinin iştirakı nəzərdə tutulub". Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Rusiyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Pyotr Burdıkin məlumat verib.

"Rusiya ilinin təntənəli açılış mərasimi ilə yanaşı bir sıra iri tədbirlərin, xüsusilə biznes-forumun keçirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib. P.Burdıkinin sözlərinə görə, hər iki ölkə arasında iqtisadi əlaqələrin həcmi artır və o, 40%-lik göstəriciyə malikdir.

Eyni zamanda yeni Rusiya mallarının təqdimatı planlaşdırılır. "Ümid edirəm ki, təqdimat uğurla keçəcək və Rusiya malları azərbaycanlı istehlakçıların xoşuna gələcək", - deyə rusiyalı diplomat sonda bildirib.

Xəbər lenti

Xəbər lenti