...

YAP sədrinin müavini Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 8 Fevral 2006 15:51 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Can Haycoo ilə görüşüb. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Ə.Əhmədov YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolu, demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə qonağa qısa məlumat verdikdən sonra ölkələrimiz arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Səfir rəsmi Pekinin Azərbaycanın haqq səsini, ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və suveren hüquqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da əsirgəməyəcəyini nəzərə çatdırıb. YAP rəsmisi Çin tərəfindən Azərbaycana həmişə dost münasibəti bəsləndiyini qeyd edib, ölkə iqtisadiyyatının hərtərəfli və surətlə inkişafı üçün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulayıb.

Xəbər lenti

Xəbər lenti