Fevralın 24-25-də Bakıda GUAM-ın üzvü olan ölkələrin xarici işlər və energetika nazirlərinin müavinləri səviyyəsində iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın XİN-in İnformasiya idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.
Görüşün mövzusu energetika təhlükəsizliyinin təminatıdır. İclasda təşkilata üzv olan ölkələri ilə yanaşı, Türkmənistan, İran, Türkiyə, İtaliya, Yunanıstan, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, Bolqarıstan, Rumıniya, ABŞ-ın nümayəndələrinin iştirakı da gözlənilir.