...

Zakir Qaralov: Xocalı üzrə istintaq işinin materialları beynəlxalq məhkəməyə təqdim edilmək üçün hazırdır

Siyasət Materials 25 Fevral 2006 12:47 (UTC +04:00)
Zakir Qaralov: Xocalı üzrə istintaq işinin materialları beynəlxalq məhkəməyə təqdim edilmək üçün hazırdır

Xocalı soyqırımı üzrə istintaq işinin materialları beynəlxalq məhkəməyə təqdim edilmək üçün hazırdır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın baş prokuroru Zakir Qaralov məlumat verib.

Onun sözlərinə görə, Xocalı soyqırımı faktı üzrə 3000-dən artıq adamdan şahid ifadələri götürülüb, yüzlərlə ekspertiza aparılıb. "Biz bu materialları imkan yaranan kimi beynəlxalq məhkəməyə təqdim etməyə hazırıq", -deyə baş prokuror bildirib.

O, həmçinin, qeyd edib ki, 1988-ci ildən başlayaraq Azərbaycanda erməni millətçilərinin bütün cinayətləri üzrə təhqiqatlar aparılıb.

Xəbər lenti

Xəbər lenti