...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər

Siyasət Materials 27 Fevral 2006 15:31 (UTC +04:00)

Fevralın 27-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə Azərbaycan Respublikası arasnıda imzalanmış fərdi plana uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilən "İngilis dili müəllimləri üçün hərbi terminologiya" təlim seminarı martın 10-da yekunlaşacaq.

Azərbaycanla Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Henlou şəhərində öz işinə başlamış "Silahlara nəzarət üzrə müfəttişlər üçün ingilis dili kursu" martın 5-dək,

Azərbaycanla Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Sibiu şəhərində başlanmış "NATO rabitə prosedurları" kursu isə martın 17-də başa çatacaq.

Fevralın 28-də Ukrayna Respublikasının Kiyev şəhərində keçiriləcək "Rapid Trident 2006" təliminin əsas planlaşdırma konfransı və Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək "Hava əməliyyatları üzrə" seminar isə martın 2-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti