...

ATƏT PA-nın müşahidəçiləri təkrar seçkiləri izləmək üçün Azərbaycana gələcək

Siyasət Materials 27 Fevral 2006 15:46 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının müşahidəçiləri 2006-cı il mayın 13-də Azərbaycan parlamentinə keçiriləcək təkrar seçkiləri izləmək üçün Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nymayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib.

Qeyd edək ki, fevralın 23-dən 27-dək Avstriyanın paytaxtı Vyanada ATƏT PA-nın 5-ci qış sessiyası keçirilib. Sessiyada Azərbaycanı nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Rəbiyyət Aslanova, Eldar İbrahimov və Fəittah Heydərov təmsil edib.

E.İbrahimov bildirib ki, qurumun daimi komitəsində gündəlik təsdiq olunduqdan sonra seçkilərlə əlaqədar məsələ müzakirəyə çıxarılıb. Quruma üzv olan ayrı-ayrı dövlətlərdə keçirilən seçkilərlə bağlı dinləmələrdən sonra Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı ATƏT PA-nın sədri Elsi Xastinqs çıxış edib. O, bildirib ki, seçkilər ATƏT-in tələblərinə tam cavab verməsə də, böyük proqresə səbəb olub. E.İbrahimovun dediyinə görə E.Xastinq seçkilərin keçirilməsini və nəticələrini yüksək qiymətləndirib. Sədr mayın 13-də keçiriləcək təkrar seçkilərdə ATƏT-in müşahidəçilərinin Azərbaycana gələcəyini bildirib.

E.İbrahimov onu da bildirib ki, ATƏT PA-nın sədri Azərbaycanın dövlət başçısı İlham Əliyevin seçkilərdə qanunsuzluqlara yol verən bir neçə rayonun icra başçısının vəzifəsindən azad etməsini də yüksək qiymətləndirib. Bunu demokratiyanın təzahürü kimi qəbul edib.

E.İbrahimov onu da bildirib ki, qurumun iqtisadiyyat komitəsində yay sessiyasına çıxarılacaq məruzələrin hazırlanması ilə bağlı müzakirələr aparılıb. İnsan hüquqları və demiokratiya komitəsində isə gender və tolerantlıq məsələləri ilə bağlı müzakirələrin aparıldığını deyən E.İbrahimov daha sonra bildirib: "İclasda Qriqoryan familyalı erməni deputat Macarıstanda həbs edilən azərbaycanlı zabit Ramil Səfərovun məsələsinə də toxunub. Lakin Bahar Muradova ilə Rəbiyyət Aslanova faktlarla çıxış edərək erməniləri susdurublar".

Millət vəkili onu da bildirib ki, Xocalı soyqrımının 14-cü ildönümü ilə bağlı Azərbaycandan aparılan faciəni əks etdirən 60 kitab assambleya iştirakçılarına paylanılıb. 50 kitab H.Əliyev Fondundan verilib: "Fasilədə Ermənistan nümayəndə heyətinin rəhbəri mənə yaxınlaşıb Xocalı faciəsi ilə bağlı əlimdə tutduğum kitabdan istədi. Mən kitabı ona verdim".

E.İbrahimov onu da bildirib ki, ATƏT PA-da Azərbaycanın nümayəndə heyətinin mandatı da təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti