Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Mərmərə Qrupu strateji və sosial araşdırmalar Vəqfinin sədri Akkan Suveri qəbul edib.
Görüşdə qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdirilir. Tərəflər iki ölkənin müxtəlif qurumları arasındakı əməkdaşlığın dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.