...

Səməd Seyidov: "Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə AŞ PA-nın Bürosu nəzarət edəcək"

Siyasət Materials 15 Mart 2006 17:36 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi öz işini davam etdirəcək və buna təşkilatın Bürosu birbaşa nəzarət edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu günlərdə Parisdə AŞPA-nın Siyasi Komitəsinin iclasında Alt Komitənin gələcək fəaliyyəti ilə bağlı müzakirələri şərh edərkən bildirib.

İclasda alt komitənin rəhbəri lord Rassel Consonun çıxışından söz açan S.Seyidov qeyd edib ki, bu məruzə Avropa Şurasının yanvar sessiyasının yekunlarına dair hesabata daxil edildiyindən hamıya məlumdur. "Bizim rəyimiz dəyişməyib. Lord Rassel Conson AŞ-də qəbul olunmuş qətnaməni dəstəkləyərək öz fəaliyyətini əvvəlki istiqamətdə davam etdirir, yəni bu fəaliyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını və Azərbaycanın maraqlarını əks etdirir". Onun sözlərinə görə, Alt Komitənin iclasının yeni tarixi AŞ PA-nın aprel sessiyasında müəyyən ediləcək.

S.Seyidov qeyd edib ki, Alt Komitənin iclaslarında Azərbaycanın AŞ PA-dakı parlament missiyasının rəhbəri ilə yanaşı missiyanın daha bir üzvü ilə təmsil olunmalıdır. "Lakin bizim nümayəndə heyəti hələlik tam formalaşmayıb və bunun üçün mayda bəzi seçki dairələri üzrə keçiriləcək təkrar parlament seçkilərini gözləyirik", - deyə o vurğulayıb.

O, həmçinin bildirib ki, martın 16-da Strasburqda AŞ-nin Nazirlər Komitəsinin daimi nümayəndələr səviyyəsində iclası keçiriləcək. Bu iclasda Azərbaycanla bağlı hər hansı müzakirələr gözlənilmir.

Xəbər lenti

Xəbər lenti