...

Səyavuş Novruzov: YAP-ın nümayəndə heyəti apreldə Çin Xalq Respublikasına səfər edəcək

Siyasət Materials 30 Mart 2006 14:37 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti aprelin 4-dən 11-dək Çin Xalq Respublikası Kommunist Partiyasının dəvəti ilə Çinə səfər edəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib ki, Çin Kommunist Partiyasının rəhbərliyi ilə görüşlər keçiriləcək. Eyni zamanda azad iqtisadi zonada gedən proseslərlə tanış olacaqlar: "Ötən il YAP-ın dəvəti ilə Çin Kommunist Partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bizimlə bir sıra məsələlər müzakirə olunub. İndi isə onların dəvəti ilə bizim nümayəndə heyəti Çinə səfər edib partiyalararası əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirəcəyik".

Xəbər lenti

Xəbər lenti