...

İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 30 Mart 2006 16:33 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Litvanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vyatautas Nauduzasın etimadnaməsini qəbul edib.

Trend in xəbər verdiyi kimi, söhbət zamanı litvalı diplomat Azərbaycana təyinatından məmnunluğunu bildirərək hər iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini vurğulayıb. V.Naudazisin sözlərinə görə, Litvanın Azərbaycan icması ölkənin ictimai həyatında fəal rol oynayır.

İlham Əliyev bildirib ki, Azərbaycan və Litva arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən Avropa Birliyi və digər beynəlxalq təşkilatlarda uğurla inkişaf edir.

Dövlət başçısı Litva prezidenti Valdas Adamkusla görüşünü məmnuniyyətlə xatırladıb və hər iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti