Türkiyə prezidenti Əhməd Nejdət Sezerin Bakıya səfəri zamanı ikitərəfli sənədlərin imzalanması planlaşdırılmır. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Bakıda Türkiyə prezidentinin aprelin 4-5-nə planlaşdırılmış rəsmi səfərini hazırlayan Azərbaycan-Türkiyə ekspert qrupu işini başa çatdırır. Türkiyəli ekspertlər azərbaycanlı həmkarları ilə birgə Ə.N. Sezerin ikigünlük səfərinin gündəliyi və proqramının razılaşdırılması ilə məşğuldur.
Qeyd edək ki, Türkiyə dövlətinin başçısı Bakıya aprelin 4-də , gündüz saatlarında gələcək və onun azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüşü, hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları, habelə prezidentlərin birgə mətbuat konfransı gözlənilir.