Aprelin 5-də Bakıda Mədən sənayesində şəffaflıq təşəbbüsü üzrə beynəlxalq məsləhət Qrupunun (EİTİ) 4-cü iclası öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, iclas EİTİ üzrə Azərbaycan komissiyasının rəhbəri Samir Şərifov və qrupun rəhbəri Piter Aygenin sədrliyi ilə keçirilir.
Görüşdə müxtəlif ölkələrdə EİTİ-nin tətbiqi ilə bağlı cari vəziyyət müzakirə olunur.
Tədbirdə həmçinin 2006-cı ilin oktyabrında Osloda 3-cü beynəlxalq konfransın keçirilməsi ilə bağlı hazırlıq işləri də nəzərdən keçiriləcək.
İclasda ABŞ, Norveç, Fransa, Nigeriya, EİTİ üzrə Azərbaycan Koalisiyasının nümayəndələri iştirak edir. Bundan başqa, tədbirdə ABŞ, Böyük Britaniya, Fransa, Norveç və Qazaxıstanın Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri də təmsil olunub.
Görüş EİTİ kosmissiyasının Mədən sənayesində şəffaflığın artırılması üzrə Koalisiya ilə əməkdaşlığı çərçivəsində keçirilir. Tədbirdə ABŞ, Böyük Britaniya, Rusiya, Misir, Nigeriya, Peru, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan QHT iştirak edir.