Milli Dirçəliş Hərəkatının (MDH) təşəbbüsü ilə milli azadlıq hərəkatında iştirak edən şəxslər arasında 6 bənddən ibarət memorandumun imzalanması prosesi aparılır. Bu barədə Trend ə MDH lideri Fərəc Quliyev bildirib.
F.Quliyev vurğulayıb ki, bəndlərdə Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyü, diasporların fəaliyyəti və digər milli maraqlara xidmət edən amillər nəzərdə tutulub: "İndiyədək sənədi 200-ə qədər hərəkatçı imzalayıb. Bu sənədi sabiq hərəkatçıların manifesti də adlandırmaq olar". MDH lideri onu da bildirib ki, məlum memorandum əsasında sabiq hərəkatçılardan ibarət hər hansı bir birlik formalaşdırılacaq.
F.Quliyev onu da qeyd edib ki, sənədin imzalanma prosesi gələn həftə başa çatdıqdan sonra mətbuat konfransı keçirilərək bu barədə ictimaiyyətə məlumat veriləcək.