Latviyalı məruzəçi Boris Çileviçin "Azərbaycan, Ermənistan və Gürcüstanda məskunlaşmış qaçqın və köçkünlər haqqında" məruzəsi (10 835 saylı) aprelin 13-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yaz sessiyasının iclasında qəbul olunub. Bu barədə Trend in Strasburqdakı müxbiri xəbər verir.
Sənədin lehinə 36, əlehinə - 1 parlamentari səs verib. Bitərəf səs qeydə alınmayıb.
Bununla da(AŞPA 2006-cı il yaz sessiyasını başa vurub.