...

Fəzail Ağamalı: "Azərbaycan öz torpaqlarını azad etmək üçün istənilən variantı seçə bilər"

Siyasət Materials 14 Aprel 2006 11:50 (UTC +04:00)

İşğal altında olan torpaqları hər hansı yolla azad etmək barədə düşünmək Azərbaycanın daxili işidir. Bu barədə Trend ə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Millət vəkili qeyd edib ki, buna görə hər hansı bir beynəlxalq təşkilat rəsmi Bakını ittiham edlə bilməz.

Qeyd edək ki, AŞPA-nın sədri Rene Van der Linder yaz sessiyasında bildirib ki, Dağlıq Qarabağ probleminin həllində müharibə varinatını seçən ölkə qurumdan xaric edilə bilər.

F.Ağamalı isə bildirib ki, problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar hələ bitməyib: "Əgər bu danışıqlar heç bir effekt verməsə, Azərbaycan öz torpaqlarını azad etmək üçün hərb yolunu seçmək məcburiyyətində qalacaq. Buna görə onu heç bir təşkilat və yaxud dövlət ittiham edə bilməz. Çünki Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz haqqı uğrunda mübarizə aparır".

Millət vəkili qeyd edib ki, əgər beynəlxalq təşkilatlar müharibə variantını istəmirsə, onda Ermənistana təzyiq göstərməlidir ki, işğal etdiyi torpaqları qeyd-şərtsiz azad etsin: "Bu məsələdə Azərbaycanı ittiham etmək ədalətsizdir".

Xəbər lenti

Xəbər lenti