ABŞ səfirliyinin xarici əlaqələr şöbəsinin müdiri Conatan Henik aprelin 17-18-də Naxçıvanda təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafı məsələlərini müzakirə edir.
C.Henikın Trend agentliyinə verdiyi məlumata əsasən, o, aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Tərəflər yuxarıda adı çəkilən sahələrdə əlaqələrin inkişafı məsələlərini müzakirə edib. Layihələrdən birində təhsil sahəsində 10 aylıq araşdırmalar aparmaq üçün Amerikalı mütəxəssisin Naxçıvana gəlişi nəzərdə tutulub.
Naxçıvan səfəri proqramına həmçinin, təhsil naziri və iki dövlət universitetinin rektorları ilə görüş, eləcə də Amerika mərkəzinin fəaliyyət göstərdiyi Naxçıvan Mərkəzi Kitabxanasına başçəkmə daxildir.