...

Adil Qəribov: Ən aşağı qüvvəli nüvə silahının tətbiqi radiasiyanın 2 km-lik əraziyə yayılmasına gətirəcək

Siyasət Materials 19 Aprel 2006 10:00 (UTC +04:00)
Adil Qəribov: Ən aşağı qüvvəli nüvə silahının tətbiqi radiasiyanın 2 km-lik əraziyə yayılmasına gətirəcək

Hazırda məlum olan ən aşağı qüvvəli nüvə silahı tətbiq edildikdə, güclü radiasiya çirklənməsinə məruz qalmış zona ən azı 2 km.-lik sahəni əhatə edəcək. 10 km-lik radiusda radiasiya fonu nisbətən aşağı olacaq. Lakin külək radiasiya buludunu bir neçə yüz kilometr məsəfəyə qova bilər. Bu barədə Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutun direktoru Adil Qəribov Trend agentliyinə eksklüziv olaraq bildirib.

ABŞ prezidenti Corc Buş aprelin 18-də etdiyi çıxışı zamanı bəyan edib ki, o, İranın nüvə silahı yaratmasına yol verməmək üçün hərbi əməliyyatlar da daxil olmaqla, bütün mümkün yolları nəzərbən keçirməyə hazırdır.

A.Qəribovun fikrincə, İranda mümkün hərbi əməliyyatlar zamanı ABŞ tərəfindən hətta lokal xarakterli nüvə silahının tətbiqi belə mümkün deyil. "ABŞ BMT-nin nüvə silahının tətbiq olunmaması barədə konvensiyalarının qatı tərəfdarıdır" - deyə o bildirib.

A.Qəribov bildirib ki, əgər İrandakı nüvə obyektlərinə zərbə endirilsə, bunun üçün yalnız böyük gücə malik adi partlayıcı maddələrdən istifadə oluna bilər. Eyni zamanda nüvə partlayışının həyata keçirilməsi mümkünsüzdür, çünki İranın hələ belə silahı yoxdur. "Analoji əməliyyatlar ABŞ tərəfindən İraqda uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların məhv edilməsi zamanı həyata keçirilib" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti