Azərbaycan Yolu Siyasi Hərəkatının Koordinasiya Şurasının aprelin 20-də növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda Koordinasiya Şurası tərəfindən bir sıra məsələlər müzakirə olunub.
İlkin olaraq Qərbi azərbaycanlıların doğma yerlərinə qaytarılması və onlara Ermənistanda muxtariyyət verilməsi ilə bağlı yaradılan İşçi qrupunun gələcək fəaliyyət proqramı müzakirə olunub. Bir sıra təkliflərdən sonra Koordinasiya Şurasına yeni üzvlərin qəbul edilməsi məsələsinə baxılıb.
Azərbaycan Demokrat Partiyasının Gəncə şəhər təşkilatının sədri, professor Elman Mövsümov və Müsavat Partiyasının Məclis üzvü, professor Əlisa Şükürlü adıçəkilən hərəkatın Koordinasiya Şurasına üzv qəbul ediliblər.