...

GUAM ölkələri XİN rəhbərlərinin iclasının tarixi müəyyən edilib

Siyasət Materials 28 Aprel 2006 15:12 (UTC +04:00)

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin XİN rəhbərləri və milli əlaqələndiricilərinin, ekspertlərinin iclasının tarixi müəyyən edilib. Azərbaycanın Ukraynadakı səfirliyindən Trend ə verilən məlumata görə, bu barədə razılaşma aprelin 25-26-da Kiyevdə təşkilatın milli əlaqələndiricilərinin görüşündə əldə olunan razılığa əsasən əldə olunub.

Mayın 11-12-də Kiyevdə təşkilatın üzvü olan dövlət başçılarının və XİN rəhbərlərinin keçiriləcək görüşünün gündəliyi üzərində işləri davam etdirmək məqsədilə ekspertlər toplaşacaqlar. Ekspertlər həm də GUAM-ın tam dəyərli beynəlxalq təşkilata çevrilməsi üçün sənədlərin layihələrini - təşkilatın Nizamnaməsi və Katiblik barədə Əsasnaməni də hazırlamalıdırlar. Səfirlikdən verilən məlumata görə, bundan əlavə, tərəflər prezidentlər tərəfindən imzalanacaq "Beynəlxalq demokratiya və inkişaf üçün GUAM-ın yaradılması barədə" Kiyev bəyannaməsinin layihəsini də razılaşdıracaqlar.

GUAM-ın xarici işlər nazirlərinin və milli əlaqələndiricilərinin ayrıca görüşləri müvafiq olaraq mayın 21 və 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti